20 C
Baku
Monday, May 20, 2024

İlk bankomat

Nə qədər təəccüblü olsa da, amma dünyada ilk bankomatın yaradılması çox sarsıdıcı bir fiaskoya uğramışdı. İlk bankomat və ya ATM (ingiliscə Automated teller machine) Nyu-Yorkda kəşf edilib və 1939-cu ildə City Bank of New York tərəfindən quraşdırlıb. İxtiraçı Luther George Simjian tərəfindən yaradılmış aparat öz sinfində inqilabi hesab olunur, hətta öz dövrünü xeyli qabaqlayırdı. Amma həyatda tez-tez belə şeylər baş verdiyindən, ilk cəhddən innovasiya uğurla üzləşmir. Xidmət tələb doğurmur və yarım ildən sonra bankomatı sökməli olurlar, çünki ondan demək olar ki, heç kəs istifadə etmir.

Müasir dövrümüzdə bu qədər populyarlıq qazanmış qurğunun ilk cəhddə uğursuzluqla qarşılaşmasının səbəbi onun istismar qaydalarının narahatlığı idi. Onda tətbiq edilən pulların əldə edilmə prosesi xeyli çətin idi: bundan ötrü xüsusi yol çeklərinə bənzər xüsusi “vauçerlər” istifadə olunurdu və onları qabaqcadan banklardan almaq lazım idi. İstifadə olunmayan və öz təsdiqini tapa bilməyən ATM tezliklə unudulur və dünya bankomatlarının meydana çıxmasının premyerası qismində bu qurğuların ikinci nəslini hesab etmək adət olunub.

Praktiki tətbiq tapmış ilk küçə bankomatı Böyük Britaniyada Barclay’s Bankının binasında Church Street küçəsində 27 iyun 1967-ci ildə quraşdırılıb.

Bankomatdan ilk istifadə edən şəxs isə dövrünün məşhur komediya ustası Reg Varney olmuşdur. İngiltərəli mühəndis John Shepherd-Barron tərəfindən kəşf olunmuş bu bankomat özündən öncəkindən onunla fərqlənirdi ki, onda həyata keçirilən tranzaksiya məxfi PİN-kodla və plastik kartın maqnit zolağı ilə təsdiqlənirdi. Cəmi bir il sonra belə bir aparat Almaniyada peyda olur, daha bir il sonra isə mühəndis Con Vetsel küçə bankomatının xarici görünüşünü və işləmə prinsipini qəti olaraq tərtib edir.

PF bank barcATM 19 1687015i

1969-cu ilin sentyabr ayında Vetselin Docutel kompaniyası ABŞ-da seriya şəklində müasir küçə ATM-lərin prototipində bankomatlar quraşdırmağa başlayır.

Bankomatların kütləvi yayılması isə yalnız 80-ci illərə təsadüf edir, bu zamandan etibarən ATM-lər On-Line rejimdə işləməyi öyrənirlər. Bundan öncə Off-Line rejimdə işləyən bankomatlarda fiziki şəxslərin hesabları üzrə əməliyyatlar böyük bir gecikmə ilə – bir neçə saatlıq, bəzən isə bir neçə günlük fərqlə həyata keçirilirdi və adətən fırıldaqçılar bundan tez-tez istifadə edirdi, bu isə bankirləri heç də qane edə bilməzdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər