27 C
Baku
Saturday, July 27, 2024

İlk iş ayında nələr etməli?

Yeni iş yerinizdə keçirəcəyiniz ilk ay çox vacibdir. Bu şirkətdəki gələcək taleyinizi də müəyyənləşdirə bilər.

Kollektivlə tanış olmaq. Öz rəhbərinizdən xahiş edin ki, sizi birgə işləyəcəyiniz kolleqalarınız və digər bölmələrdəki əməkdaşlarla tanış etsin. Şəxsi ünsiyyət çox vacibdir. Bunun sayəsində kollektivə tez bir zamanda uyğunlaşmaq və çətin tapşırıqları tez həll etmək mümkündür. Bundan əlavə şirkətdəki işçilərin bir-biri ilə necə ünsiyyət qurmaqlarını, şirkətin “mədəni kodunu” müşahidə edin. Buraya həm danışıq, həm geyim, həm də IT-infrastrukturdan istifadə edilməsi daxildir. İlk iş ayında müşahidə etmək və ətraf mühitə uyğunlaşmaq mütləqdir.

Əməkdaşlarla nahar fasiləsinə getmək. Böyük ehtimalla onlar özləri sizi dəvət edəcəklər. BU həmçinin şirkəti daha yaxşı tanımaq yönümündə vacib prosedurdur. Bununla həmçinin əməkdaşlarla dost münasibəti qurmaq daha asandır.

Öz azadlıq dərəcənizi qiymətləndirin. Gözü yumulu döyüşə atılmamışdan öncə öz azadlıq dərəcənizi müəyyən edin. Bununla yanaşı işinizin sizə qazandırdığı səlahiyyətləri də unutmayın ki, sonda hər şey sizin əleyhinizə bitməsin.

İşdə də vəziyyət evdəki kimidir: təsəvvür edin ki, ilk ay ərzində həyat yoldaşınız yatağına səhər yeməyi gətirirsiniz, lakin elə ki, bunu etmədiniz bütün “ölümcül günahlar” da sizi günahlandıracaqlar. Sonda belə nəticələrlə qarşılaşmaq istəmirsinizsə bunu ilk başdan etməyin. İlk aydan etibarən gücünüz çatdığı qədər işləyin, özünüzü artıq yüklə yükləməyin. Zaman keçdiklə əməkdaşlarınız bu artıq yükü norma olaraq qəbul edəcəklər və siz adi, normal qaydada işləsəniz belə onlar sizdən daha artığını tələb edəcəklər.

Son xəbərlər
Digər xəbərlər