8 C
Baku
Friday, March 29, 2024

İlk “Nvidia” prosessoru buraxılıb

“Nvidia” şirkəti superkompüterlər üçün ilk prosessor təqdim edib. Bu barədə şirkətin saytında deyilir.

Təqdimat “Nvidia GTC 2021 Keynote” tədbirində baş tutub. “Grace” adlanan yeni prosessora trilyonlarla tranzistor daxildir və superkompüter və data mərkəzləri ilə iş üçün nəzərdə tutulub. “Nvidia” qrafik prosessoru ilə iş zamanı yeni çip “Nvidia DGX” əsasında kompüter stansiyalarından 10 dəfə çox məhsuldarlıq nümayiş etdirir.

Buraxılan prosessor məlumat ötürmə sürətini saniyədə 900 giqabit səviyyəsində təmin edən dördüncü nəsil “NVLink” arabağlantısı texnologiyasını dəstəkləməsi ilə seçilir. Həmçinin avadanlıq serverin buraxılış qabiliyyətini 30 dəfə artırmağa imkan verir. “Grace” prosessoru “DDR4” standartlı yaddaşla müqayisədə 10 dəfə çox enerji səmərəliliyinə təminat verən “LPDDR5x” altsistemi üzərində qurulub.

Komponentin qiyməti açıqlanmasa da, onun geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmadığı bildirilir. İsveçrə superkompüter mərkəzi və ABŞ-ın Los Alamos Milli Laboratoriyası yeni prosessoru əldə etmək niyyətindədir. “Nvidia Grace” prosessorunun tədarükü 2023-cü ilə planlaşdırılır.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər