16 C
Baku
Thursday, April 25, 2024

İllik faiz dərəcəsi aşağı olan ən yaxşı 5 Bank

Bank sektorunda , xüsusilə kredit sahəsində çalışanlar yaxşı bilirlər ki, sentyabr ayında kredit satışlarında müəyyən canlanmalar müşahidə edilir. Bunun səbəbi isə yay tətilindən sonra insanların işlərini planlamması, yeni yatırımlara və ya istehlak tələbatlarının ödənilməsinə görə nağd vəsaitə ehtiyac duymasıdır. Hal – hazırda Banklarımızın əksəriyyətində nağd pul kreditləri təklif edilir. Banker.az monitorinq qrupu olaraq nağd kredit əldə etmək istəyən müştərilərin maraqlarını nəzərə alaraq ən sərfəli şərtləri təklif edən 5 bank haqqında məlumatları toplamışıq. Sərfəli şərtlər dedikdə, təbii ki ilk öncə kreditin xərcləri – faizi və komissiyası nəzərdə tutulur. Müştərilər isə bir çox hallarda kreditin faizinə önəm verirlər. Aşağıdakı cədvəldə ən sərfəli illik faiz dərəcəsini təqdim edən banklar və bu şərtlərin detallı izahı qeyd edilmişdir.

Bank Ən aşağı faiz dərəcəsi Hansı hallarda təklif edilir?
Azərtürk Bank İllik 18% 30 sentyabr tarixinədək aktiv olacaq “Neftçilərə 18%” kampaniyası çərçivəsində neft sektorunda çalışan şəxslərə müddəti 12 aylıq kreditlərə təklif edilir.
Express Bank İllik 20% Bu təklif bankın standart şərtidir və kreditin müddəti 12 ayadək olduqda təklif edilir.
Bank Respublika İllik 20% 30 oktyabr tarixinədək aktiv olacaq “Rahatlıqla faydalan” kampaniyası çərçivəsində əmək haqqı məbləği 3000 AZN-dən çox olan şəxslərə müddəti 12 aylıq kreditlərə təklif edilir.
Rabitə Bank İllik 22% “Faizlər sizi yox, siz faizləri sıxın!” kampaniyası çərçivəsində kreditin müddətindən və müştərinin gəlirindən asılı olmayaraq bütün şəxslərə təklif edilir. Kampaniyanın bitmə müddəti haqqında məlumat yoxdur.
Bank of Baku İllik 21% Müvafiq faizlə kredit əldə etmək üçün müştəri aşağıdakı tələblərə cavab verməlidir:

  • Müştərinin əmək haqqı 2500 AZN və  daha çox olmaldır.
  • Kreditin müddəti 24 ayadək olmalıdır;
  • Kreditin məbləği 3000 AZN-dək olmalıdır;

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər