7 C
Baku
Sunday, December 15, 2024

İlon Mask dünyanın ən varlı adamı statusunu itirib

Sahibkar İlon Mask “Forbes” jurnalının “Real Time Billionaries” reytinqində birinci yeri itirib. Bildirilir ki, hal-hazırda dünyanın ən varlı adamı statusu “Louis Vuitton Moet Hennessy”nin prezidenti Bernar Arnoya keçib. Məlumata görə, cənab Maskın sərvəti 176.8 milyard dollar, Arno və ailəsinin sərvəti isə 188.6 milyard dollar olaraq qiymətləndirilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Forbes” jurnalının məlumatına görə, gün ərzində İlon Maskın sərvəti 4.5 milyard dollar (-2.49%) azalıb, Bernar Arnonun sərvəti isə, əksinə, 2.7 milyard dollar (+1.44%) artıb.

Qeyd edək ki, sonuncu dəfə İlon Mask “Forbes” reytinqində 7 dekabr tarixində ikinci yerə enib.

Ötən həftə LVMH-də kadr dəyişikliyi olub. LVMH prezidentinin oğlu Antuan Arno “Christian Dior SE”nin baş direktoru təyin edilib.

Son xəbərlər
Digər xəbərlər