İlon Mask “SpaceX”in IPO-sundan sonra dünyanın ilk trilyonçusu olub

İlon Mask şirkətinin səhmlərinin ilkin kütləvi təklifindən (IPO) sonra tarixdə ilk trilyonçu olub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Washington Post”un qeyd etdiyi kimi, sahibkar yalnız “kağız üzərində” trilyonçu statusu qazanıb. Maskın sərvətinin hesablanmasına gələcəkdə müəyyən şərtlər yerinə yetirildikdən sonra əldə edəcəyi opsionlar və səhmlər də daxil edilib. Bu şərtlərə kosmosda məlumat emalı mərkəzlərinin yaradılması və Marsda insan məskəninin qurulması daxildir. Həmin səhmlər nəzərə alınmadıqda, İlon Maskın aktivlərinin dəyəri bir trilyon dollardan bir qədər azdır.

Bir gün əvvəl “SpaceX” biri 135 dollar qiymətində 555,6 milyon adi səhmi IPO çərçivəsində yerləşdirib. Şirkətin ilkin bazar dəyəri 1,77 trilyon dollar olaraq qiymətləndirilib. Bunun sayəsində “SpaceX” 75 milyard dollar həcmində vəsait cəlb edib.

Şirkətin səhmləri iyunun 12-dən etibarən “Nasdaq” birjasında SPCX tikeri altında ticarət olunacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər