27 C
Baku
Wednesday, July 24, 2024

İlon Mask “Tesla”dakı payının 10%-ni satdığını açıqlayıb

“Tesla”nın qurucusu və CEO-su İlon Mask noyabr ayında verdiyi vədi yerinə yetirərək şirkətdəki payının 10-%-ni satıb.

Banker.az xəbər verir ki, “Opsionların realizəsini nəzərə almaqla 10% hədəfimə çatmaq üçün kifayət qədər səhm satdım”, – deyə sahibkar söyləyib.

Qeyd edək ki, dekabrın 21-də ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasına təqdim edilən sənədlərə görə, Mask 2 milyon “Tesla” səhmini almaq üçün opsionlardan istifadə edib və şirkətin təxminən 584 min səhmini satıb.

Noyabrın əvvəlində milyarder “Twitter” izləyiciləri arasında aparılan sorğu əsasında “Tesla” səhmlərinin 10%-ni satıb-satmayacağına dair qərar verdikdən sonra təxminən 13.5 milyon səhm satıb. O vaxtdan bəri Mask 14 milyard dollardan çox səhm satsa da, hər biri 6.24 dollar qiymətinə 16.4 milyon səhm almaq üçün opsionlardan istifadə edib.

Daha əvvəl iş adamı qarşıda gələn ildə “tarixdəki bütün amerikalılardan daha çox vergi ödəyəcəyini” söyləyib. O, ümumilikdə 11 milyard dollardan çox vergi ödəyəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər