15 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

İlon Maskın sərvəti bir gündə $33 mlrd. azalıb

Real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqinə əsasən, dünyanın ən varlı iş adamı İlon Maskın sərvəti bir gündə 33 milyard dollar azalıb.

Banker.az xəbər verir ki, hazırda milyarderin kapitalı 271 milyard dollar olaraq qiymətləndirilir.

İtkilərə baxmayaraq, Mask dünyanın ən varlı adamları reytinqində liderliyini qoruyub saxlayır. İkinci yeri 205.9 milyard dollar sərvətlə “Amazon”un qurucusu Ceff Bezos tutur.

Qeyd edək ki, “Tesla” rəhbərinin sərvəti avtomobil istehsalçısının səhmlərinin düşməsi fonunda azalıb. Çərşənbə axşamı günü onlar 12% ucuzlaşıb. Bu, ilin əvvəlindən bəri ən böyük eniş olub. Noyabrın 9-da “Tesla”nın səhmləri 1023.5 dollar cuvarında ticarət olunub.

“Tesla”nın səhmlərinin ucuzlaşmasının əsas səbəbi sahibkarın “Twitter”də səhmlərinin 10%-ni satmaq barədə oxucularından məsləhət alması olub. Milyarder vurğulayıb ki, əməkhaqqı və əlavə bonuslar almadığı üçün vergiləri ödəmək üçün seçə biləcəyi yeganə yol budur.

Səsvermədə 3.5 milyondan çox insan iştirak edib. Səs verənlərin 57.9%-i səhmlərin satışının lehinə, 42.1%-i isə əleyhinə çıxıb. Mask avtomobil istehsalçısının qiymətli kağızlarını nə vaxt satacağını dəqiqləşdirməyib.

Sonradan məlum olub ki, “Twitter”də keçirilən sorğudan bir gün əvvəl İlon Maskın qardaşı “Tesla”dakı payının bir hissəsini satıb. 2004-cü ildən avtomobil istehsalçısının direktorlar şurasına daxil olan Kimbal Mask hər səhmini orta hesabla 1229.91 dollara satıb və 109 milyon dollar qazanıb. Onun satdığı səhmlər payının təxminən 15%-ni təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər
X