10 C
Baku
Friday, December 13, 2024

IMF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF və ya ingiliscə adı IMF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib.

Bu barədə “World Economic Outlook” hesabatında deyilir.

Qeyd olunur ki, proqnozun təkrar nəzərdən keçirilməsinin səbəbi iqtisadiyyata dövlət investisiyalarının gözləniləndən daha yüksək olmasıdır. 2019-cu il üçün BVF Azərbaycanda ümumi daxili məhsulun 3,9 faiz artacağını proqnozlaşdırır.

Ümumilikdə, fondun analitiklərinin fikrincə, 2018-ci ildə MDB-nin iqtisadiyyatı 2,2 faiz, 2019-cu ildə 2,1 faiz artacaq.

Hesabatda o da qeyd olunur ki, 2018-2019-cu illərdə qlobal iqtisadiyyat 3,9 faiz artacaq.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər