10 C
Baku
Friday, December 13, 2024

IMF dünya üzrə ÜDM artımı proqnozunu 3.6%-ə endirib

Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ildə dünya iqtisadi artım proqnozunu yanvardakı göstəricidən 4,4%-dən 3,6%-ə endirib.

Bu barədə fondun hesabatında deyilir.

Məlumata görə, 2023-cü ildə BVF qlobal iqtisadiyyatın yanvar ayında gözlənildiyi kimi 3,8% deyil, 3,6% artacağını gözləyir. 2021-ci ilin sonunda bu göstərici 6,1% artıb.

“Son proqnozumuzdan sonra dünya iqtisadiyyatının perspektivləri əhəmiyyətli dərəcədə pisləşib. O zaman “omikron” ştamının qısa təsirindən sonra qlobal iqtisadiyyatın bərpasını ikinci rübdən artacağını güman edirdik. O vaxtdan indiyədək perspektivlər zəifləyib. Buna səbəb əsasən Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyalar olub”, –  qurumun açıqlamasında bildirilir.

IMF, həmçinin həm Rusiya, həm də Ukraynadan tədarükün kəsilməsi səbəbindən geosiyasi vəziyyətin əmtəə və ərzaq qiymətlərinə təsirini vurğulayıb. Necə ki, bu da bütün dünyada aşağıgəlirli ailələrə təzyiqi artıracaq. Həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş bazarlardan kapital axınında nəzərəçarpacaq artım müşahidə edilib.

Bir neçə ölkə istisna olmaqla, qlobal məşğulluq və istehsalın 2026-cı ilə qədər pandemiyadan əvvəlki səviyyədən aşağı qalacağı proqnozlaşdırılır. Həmçinin inflyasiyanın 2022-ci ildə inkişaf etmiş ölkələrdə 5,7%, inkişaf etməkdə olan ölkələrdə 8,7% olmaqla, əvvəllər gözləniləndən daha uzun müddət yüksək qalacağı gözlənilir.

 

 

Son xəbərlər
Digər xəbərlər