6 C
Baku
Sunday, December 15, 2024

İMF dünyada gələn il iqtisadi artımla bağlı verdiyi proqnozu yüksəldib

Beynəlxalq Valyuta Fondu (IMF) dünyada bu və gələn il iqtisadi artımla bağlı verdiyi proqnozu yüksəldib.

IMF-in idarəçi direktoru Kristalina Georgiyeva ABŞ Beynəlxalq Münasibətlər Şurası tərəfindən keçirilən videokonfransda bildirib.

“Yanvar ayında biz dünya iqtisadi artımının 2021-ci ildə 5,5 faizlik proqnozunu vermişdik. İndi isə qismən əlavə dəstək göstərilməsi, o cümlədən Birləşmiş Ştatlarda yeni maliyyə zərfinin qəbulu nəticəsində, qismən də peyvəndləmə nəticəsində cari ilin sonunda bir çox inkişaf etmiş ölkələrdə gözlənilən dirçəlmə nəticəsində daha da sürətlənmə gözləyirik. Ona görə də həm bu ilə, həm də 2022-ci ilə dair proqnozumuzu yüksəldə bilərik”, – deyən IMF rəhbəri dünya iqtisadiyyatındakı artımın başlıca amilləri kimi ABŞ və Çini göstərib.

Bütövlükdə isə pandemiyanın başlamasından bu yana dünyada hökumətlərin koronavirusa qarşı tədbirlərə 16 trilyon ABŞ dollarına yaxın vəsait sərf etdiyini bildirilib: “Bu cür tədbirlər görülməsəydi, ötən il dünya iqtisadi tənəzzülü ən azı üç dəfə daha güclü olardı”.

Bildirilib ki, həm fövqəladə tədbirlər sayəsində, həm də son on il ərzində ölkələrin bank sistemlərini gücləndirməyə yönələn məqsədyönlü səylər nəticəsində 1929-1939-cu illərin Böyük Tənəzzülü səviyyəsində böhrandan yayınmaq mümkün olub.

IMF-in fəaliyyətinə toxunan təşkilat rəhbəri pandemiyanın başlamasından bu yana 85 ölkəyə 107 milyard dollardan artıq maliyyə yardımı göstərdiklərini, 29 ən yoxsul üzv ölkəsinin borc yükünü yüngülləşdirdiklərini diqqətə çatdırıb

MənbəReport
Son xəbərlər
Digər xəbərlər