6 C
Baku
Monday, December 16, 2024

İMF Özbəkistana 375 mln. dollar kredit ayrılmasını təsdiqlədi

Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurası Özbəkistana 375 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləyib.

Vəsait ölkənin COVID-19 pandemiyasına qarşı mübarizəsini dəstəkləmək üçün ayrılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Son məlumata görə, koronavirus infeksiyasına yoluxanların sayı 4 890 532 nəfərə çatıb. İndiyədək COVID-19 diaqnozu qoyulan 320 120 nəfər dünyasını dəyişib, müalicə alan 1 907 317 pasiyent sağalıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər