Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Komitəsi Pakistana 0,7 milyard ABŞ dolları maliyyə yardımı paketinin növbəti dəfə uzadılması məsələsinə baxmağı yanvarın 11-nə planlaşdırıb.
Bu barədə “Pakistan Observer” məlumat yayıb.
Bildirilib ki, ümumi həcmi 3 milyard ABŞ dolları olan yardım paketinin ikinci dəfə uzadılması məsələsi ilə bağlı yekun qərar beynəlxalq kreditorun icraiyyə komitəsinin iclasına təqdim edilməlidir.