10 C
Baku
Bazar, Dekabr 5, 2021

Azərbaycanda 3-cü doza vaksinin vurulması ilə bağlı rəsmi açıqlama

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydasını açıqlayıb.

Agentliyin yaydığı məlumatda “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesinin davam etdiyi bildirilib.

Qeyd olunub ki, avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb: “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır”.

“Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər” – məlumatda bildirilib.

Son xəbərlər
Oxşar xəbərlər
X