12 C
Baku
Wednesday, December 11, 2024

İmran Xana qarşı yeni ittiham irəli sürülüb

Pakistanın sabiq Baş naziri İmran Xana qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə “Reuters“ agentliyi Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasındakı mənbəyə (Pakistan Tehreek-e-Insaf – PTI) istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistanın sabiq hökumət başçısı dövlət sirri sayılan məlumatları açıqlamaqda günahlandırılır və barəsində rəsmi ittiham irəli sürülüb. Belə ki, söhbət ötən il Pakistanın Vaşinqtondakı səfiri tərəfindən İslamabada göndərilən gizli teleqramdan gedir. Teleqramda bildirilib ki, Vaşinqton Xanın Ukrayna ilə bağlı neytral mövqeyindən narazıdır.

İmran Xan bir müddət sonra tutduğu vəzifədən uzaqlaşdırılıb və təhqiqatçıların sözlərinə , teleqramın məzmununu bir sıra şəxslərə açıqlayıb.

İmran Xanın əməli sübuta yetirilərsə, onu uzunmüddətli həbs cəzası gözləyir.

Xatırladaq ki, İmran Xan bu ilin may ayında məhkəmə qərarı ilə 8 günlük həbs edilib. Sabiq Baş nazir korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunub.

Bir neçə gün sonra İslamabad məhkəməsi onun həbsini qanunsuz sayaraq girov müqabilində azadlığa buraxıb.

Cari ilin iyun ayında İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib və siyasətçiyə qarşı ən azı 37 cinayət işi başlanılıb. Sabiq Baş nazir ölkəyə rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər