2 C
Baku
Monday, March 4, 2024

İmran Xanın həbsdən buraxılmasına qərar verildi

İslamabad məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib və onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.

Bu barədə “Al Jazeera“ kanalı məlumat yayıb.

Qeyd edək ki, bu ilin iyun ayında İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI – Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər