-1 C
Baku
Sunday, December 15, 2024

İnadın faydası varmı?!

Kiçik bir adaya düşən səyahətçi belə bir mənzərənin şahidi olur: kiçik bir uşaq öz ulağını yerindən tərpənmək üçün yola gətirməyə çalışırdı. 

Oğlan tərəvəzləri daşımalı idi və o hər şeyi səliqə ilə zənbilə yığaraq ulağının üzərinə yükləyir. O isə yerindən tərpənmək fikrində deyildi. Bunu görən uşaq əsəbləşir, ulağın üstünə qışqırır və qarşısında dayanaraq var gücü ilə ipin ucundan dartmağa başlayır. Ulaq isə tərslik edərək dırnaqlarını torpağa dayayır və tərpənmir. Uşağı babası hadisə yerinə gəlməsəydi bu mübarizə hələ uzun müddət davam edəcəkdi. Səsi eşidən baba həyətə çıxır və tanış səhnə ilə – insan və ulaq arasında qeyri-bərabər mübarizə ilə qarşılaşır. O nəvəsinin əlindəki ipin ucunu sakit şəkildə götürür və gülümsəyərək deyir: “Ulaq nə vaxt bu əhvala sahib olsa ipi əlinə al, lakin dartma. Üzünü çevir və getmək istədiyin istiqamətə doğru bax. Sonra isə bir az gözlə”.

Oğlan babasının dediyi kimi etdi və bir neçə dəqiqədən sonra ulaq irəli doğru addım atdı. Kiçik oğlan sevincindən qəhqəhə çəkdi. Səyahətçi ulağı ilə gözdən itənə qədər onun ardıyca baxdı.

Siz də o kiçik oğlan kimi hər hansı məcazi “ulağın” boynundakı ipdən dartmısınızmı? Nə isə istədiyiniz kimi alınmadıqda şüurumuz ipdən bizə lazım olduğundan daha artıq bərk dartmağı tələb edir. Bəs bu hər zamanmı ən yaxşı üsuldur? Ola bilsin ki, hər hansı problem zamanı bu hekayədəki yaşlı insanın məsləhətinə qulaq asmaq ən yaxşı çıxış yoludur. Dayanın və hər şeyin özü həll olunacağı anı gözləyin.

Əksəriyyətimiz üçün hadisələrə belə bir münasibət qəbuledilməz təsir bağışlaya bilər. Çünki bu passivliyi tərənnüm edir. Lakin buna baxmayaraq, bu davranış forması bəzən ən doğru atılan addım olur. Bəzən hər hansı problemi həll etməyə nə qədər çox təkid etsək, nəticə bir o qədər mənfi olur. Bu bizim baxış bucağımızı daraldır və yaradıcı düşünməyə mane olur. Nəticədə eyni yerdə dövr etməyə başlayırıq.

Son xəbərlər
Digər xəbərlər