Bank Respublika fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş Mobil Şöbə əlavəsini yenilədi. Bir sıra texniki nöqsanlara düzəlişlər verildi, eyni zamanda yeni imkanlar da əlavə olundu.
Əsas yeniliklərdən biri kimi bank kartı üzərindən əlavəyə qoşulma xidmətini qeyd etmək olar. Beləliklə, qeydiyyatdan keçmək üçün banka müraciət etmək zərurəti aradan qaldırılır.
Həmçinin, indi Mobil Şobə vasitəsilə dost və yaxınlarınıza “Vektor” sistemi üzrə ölkə daxilində pul vəsaitlərini göndərmək mümkün oldu.
Daha bir yenilik isə “Mobil Vizit” xidmətindən istifadə edərək banka gəlişinizi rezerv etmək imkanı oldu. Bu xidmət müştərilərin vaxtına qənaət etmək məqsədilə düşünülüb.
Müxtəlif valyuta hesablama işləri istifadəçilərin vaxtını çox aparır. Bu amili nəzərə alaraq, əlavəni tərk etmədən rahat valyuta hesablamaları aparmaq üçün mübadilə kalkulyatoru əlavə olundu.
Ən son yeniləmələri PlayMarket и AppStore-dan yükləmək olar:
iOS – https://appsto.re/az/7jeFbb.i
Android – https://play.google.com/store/apps/details?id=com.brmobilshobe