İndiyədək kirayə mexanizmi çərçivəsində bağlanan müqavilələrin sayı açıqlanıb

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 minə yaxın kirayə müqaviləsi bağlanılıb.

Bunu keçirilən mediatur zamanı İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.

O bildirib ki, mexanizmdən yararlananların təxminən 70%-i gənclərdir.

Ümumilikdə isə əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 14 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər