27 C
Baku
Saturday, July 27, 2024

İndoneziyanın turizm sektorunda işini itirənlərin sayı 13 milyona çatıb

Koronavirus pandemiyasının mənfi təsirləri fonunda İndoneziyanın turizm sektorunda işini itirənlərin sayı 13 milyona çatıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, bu ölkədəki hotellərin, kafe və restoranların böyük əksəriyyəti yetərli sayda müştəriləri olmadığına görə fəaliyyət göstərmir. Vəziyyət dəyişməsə, ilin sonuna qədər işini itirənlərin sayı 15 milyona çata bilər.

Bundan başqa, sektorla əlaqəli 32,5 milyon insan da işsiz qalmaq riski ilə üz-üzədir.

İndoneziya hökuməti indiyə qədər turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə cəmi 3,8 milyon ABŞ dolları yardım edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər