13 C
Baku
Monday, May 6, 2024

İnflyasiya haqqında 22 fakt

İnflyasiya (latınca. Inflatio – üfləmək sözündən) – xidmət və məhsullar üzrə ümumi qiymətlərin qalxmasıdır. İnflyasiya zamanı eyni bir pul məbləğinə görə zaman keçdikcə daha az məhsul almaq mümkün olur. Belə halda deyilir ki, ötən müddət ərzində pulun alıcılıq qiyməti aşağı düşmüşdür, pullar öz real dəyərinin bir hissəsini itirmişdir.

  • Zimbabve nominal dəyərinə görə ən böyük dollara sahib olan ölkədir, bu ölkə sıfırların sayına görə də liderlik edir, burada ən böyük banknot 100 000 000 000 000 nominal dəyərə malikdir.
  • 1950-ci ilin dolları hazırda 12 sent dəyərə malikdir.
  • İnflyasiya termini latın dilində olan «inflare» sözündən götürülüb, bu isə həm də (partlatmaq və ya uçurtmaq) mənasını verir. Bu söz ilk dəfə pul sahəsində1828-ci ildə “pul kütləsinin artmasını” təsvir etmək üçün istifadə olunub. Bu gün iqtisadçılar inflyasiyanın müəyyən edilməsi ilə bağlı tez-tez mübahisələr edirlər, amma ümumilikdə qiymətlərin artmaq üzrə olmasında hamı razılığa gəlir. Amma qiymətlərin özünün dəyəri aşağı düşür.
  • İnflyasiya il ərzində məhsulun qiymətindəki faiz artımı ilə xarakterizə olunur. Məsələn əgər inflyasiya səviyyəsi 2% olarsa, onda siz qiyməti 1 dollar olan şirniyyatı 1 ildən sonra 1,2 dollara alacaqsınız.
  • Birləşmiş Ştatlarda inflyasiyanın illik templəri bütün tarix boyu ciddi tərəddüdlər göstərir, bu rəqəm 2%-dən başlayaraq, illik 23%-ə qədər yüksələ bilib. Öz növbəsində federal hökumət inflyasiyanı 2-3 % həddində saxlamağa çalışır.
  • 1860-ci ildə vətəndaş müharibəsinə sərf olunan ümumi vəsait 6,7 milyard dollar təşkil edib, amma bizim dövrümüzdə inflyasiyanı nəzərə alsaq həmin məbləğ 139 milyard dollara bərabər olardı. İqtisadçılar hesab edir ki, dolayı xərclər (məsələn Amerikan iqtisadiyyatının dağılması) cari pullarla 46 trilyon dollar ekvivalent olardı.
  • Kleopatra filminin çəkilişləri 1963-cü ildə öz yaradıcılarına 44 milyon dollar başa gəlib. Bizim dövrdə bu filmin çəkilişlərinin qiyməti 300 milyon dollar edərdi.
  • 1920-ci ildə Almaniyada Hiperinflyasiya baş verir, böyük sosial dalğalarının nəticəsində pulların alıcılıq qabiliyyəti o qədər aşağı düşür ki, alman valyutası odundan daha ucuz olur.
  • İkinci dünya müharibəsindən sonra Macarıstandakı inflyasiya dalğaları ay ərzində qiymətlərin sürətli artımına görə tarixi rekorda imza atır: 1946-cı ildə bu faiz 41 900 000 000 000 000% təşkil edir, bu o deməkdir ki, qiymətlər hər 13,5 saatdan bir 2 dəfə artıb.
  • Tarixçilər sürünən inflyasiyanı Qədim Romanın süqutunun ən vacib səbəbi kimi qeyd edirlər.
  • 20-ci əsrdə iyirmi səkkiz hiperinflyasiya baş verib, onlardan 20-si 1980-ci ildən sonraya təsadüf edir.
  • 2008-ci ildə ən yüksək inflyasiya qeydə alınan ölkələrin ilk üçlüyünə daxil idi: Zimbabve (12563%), Birma (35%) və Qvineya (23,4%). Ən aşağı inflyasiya templəri isə bunlar idi: Naru (-3.6%), San-Marino (-1,5%), və Burkona-Faso (-0,2%).
  • Tarix göstərir ki, müharibə və inflyasiya bir-biri ilə qarşılıqlı əlaqəlidir. Ötən əsrdə hər bir müharibə inflyasiya artımına gətirib çıxarırdı.
  • Birləşmiş Ştatlar inflyasiya nəticəsində iki valyuta tənəzzülü yaşamışlar. Birinci Kontinental eniş inqilabi müharibə dövrünə təsadüf edir. İkinci Konferetiv tənəzzül isə vətəndaş müharibəsi dövründə qeydə alınıb.
  • Yeni Dünyadan qızıl idxalı 15-17-ci əsrlər arasında Avropada kütləvi inflyasiyaya səbəb oldu.
  • Qızıl möhkəmləndirici valyuta qismində istifadə olunanda inflyasiyanın baş vermə ehtimalı yenə də vardır, hətta əgər hökumət pul kütləsini artırmaq məqsədi ilə qızılı digər metallarla (mis, gümüş, qalay və s.) qarışdırsa belə.
  • Avropada bubon taun xəstəliyinin yayılması nəticəsində ölüm hallarının sayının artması bura pul çatdırılmasını artırdı, təbii ki bu da öz növbəsində 1370-ci illərdə nəzərə çarpacaq qədər inflyasiya yaradırdı. Daha yüksək inflyasiya insanların əməkhaqqılarının alıcılıq qabiliyyətini o qədər aşağı salırdı ki, hətta onlara daha yüksək əmək haqqı versən belə, aldıqları pul digər məhsulları almağa kifayət etmirdi.
  • 19-cu əsrdən 1914-cü ilə qədər qızıl standartlarına əməl edən dövlətlərin sayı olduqca az idi, amma onlar demək olar ki, inflyasiya ilə problem yaşamırdı.
  • İki ümumi qəbul olunmuş nəzəriyyə vardır: (1) «inflyasiya xərcləri» qismində qiymət artımı və (2) «imkanlara görə inflyasiya» yəni bu zaman insanların xərcləmə qabiliyyəti mövcud xidmət və məhsullardan daha sürətlə artır.
  • Əgər inflyasiya dövlət nəzarəti altındadırsa bu fakt iqtisadiyyat üçün müsbət xarakter daşıya bilər. O, iqtisadiyyatı stimullaşdıra, enişləri yumşalda, müəssisələri mənfəətlə təmin edə, işçilər üçün əmək haqqı artımını təhrik edə və dövlət borcunun real məbləğlərini azalda bilər.
  • Son 10 il ərzində dollar öz alıcılıq qabiliyyətinin 21%-ni itirib.
  • Əgər inflyasiyanı nəzərə alsaq, bütün dövrlərin və bütün xalqların kassadan ən çox gəlir toplayan filmlərin ilk beşliyinə daxildir: “Küləklə sovrulanlar” (1 606 254 800 $), “Ulduz müharibələri” (1 416 050 800 $)”Musiqi səsləri” (1 132 202 200 $), “Fövqəltəbii” (1 127 742 000 $) və “10 vəsiyyət” (1 041 450 000 $).
Son xəbərlər
 ⁠
Digər xəbərlər