10 C
Baku
Wednesday, December 11, 2024

İnformasiya ehtiyatlarının satınalmalar portalına inteqrasiya hədləri təsdiqlənib

Nazirlər Kabineti “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”ni təsdiq edib.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ədliyyə Nazirliyinə tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, təsdiq edilmiş hədlərdə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini 6 ay müddətində təmin etsinlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsdiq edilmiş hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına və real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalının operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.

Son xəbərlər
Digər xəbərlər