Ümumi məlumat
Kapital Bank namizədləri İnformasiya Təhlükəsizliyi şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- İnformasiya təhlükəsizliyi üzrə monitorinq və təhlillərin aparılması;
- İnformasiya təhlükəsizliyi qaydalarında yaranan pozuntuların müəyyən edilməsi və aradan qaldırılması;
- İstifadəçi hüquqlarının müəyyən edilməsi və dəyişdirilməsi.
Tələblər
- İT sahəsində ali təhsil;
- Qərarvermə və problem həlletmə qabiliyyəti;
- SQL üzrə fundamental biliklər;
- Linux və ya Windows serverlər üzrə biliklər;
- HTML və Php üzrə biliklər;
- Sahə üzrə 1 illik iş təcrübəsi arzuolunandır
Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi Şöbəsinin Mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.