13 C
Baku
Monday, May 6, 2024

İnformasiya texnologiyaları idarəsi — Sistem inzibatçısı Maliyyə Bazarlarına Nəzarət Palatası

Maliyyə Bazarlarına Nəzarət Palatası

Vəzifə: İnformasiya texnologiyaları idarəsi – Sistem inzibatçısı

Namizədə dair tələblər:

• Ali təhsil (İnformasiya texnologiyaları üzrə);
• Müasir proqram və texniki platformalar, həmçinin informasiya təhlükəsizliyi üzrə biliklər;
• Proqram təminatlarının istismarı və lokal kompüter şəbəkəsinin idarə edilməsi üzrə praktiki biliklər;
• Məlumat bazalarının idarəetmə sistemləri, müasir ofis proqram təminatları və əməliyyat sistemləri və sistem inzibatçılığı üzrə biliklər;
• İT üzrə 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
• Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

İşin təsviri:

• Palatanın şəbəkə serverlərinin və əməliyyat sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyətinin həyata keçirilməsini təşkil edir;
• Proqram təminatlarının və texniki avadanlıqların test yoxlamasında iştirak edir;
• Proqram təminatlarının istismarı ilə bağlı texniki sənədləri tərtib edir;
• İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər