9 C
Baku
Thursday, December 12, 2024

İnformasiya texnologiyalari üzrə infrastruktur administratoru – FİNCA

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnformasiya Texnologiyaları departamenti üçün İNFORMASİYA TEXNOLOGİYALARI ÜZRƏ İNFRASTRUKTUR ADMİNİSTRATORU vəzifəsinə işçi axtarışı elan edir.

İnformasiya Texnologiyalari Üzrə İnfrastruktur Administratoru təşkilat daxilində IT layihələrinin idarəedilməsi və onlara dair hesabatların verilməsinə, qanunların və texnologiyanın icra edilməsinə, və infrastruktur heyətinin işinin idarəedilməsinə məsuldur.

Əsas vəzifə və öhdəlikləri:

  • Bütün təşkilat üzrə serverlər, işçilərin desktopu/laptopu, şəbəkə infrastrukturu, səs avadanlıqları infrasturkturu, daxili şəbəkələr, əlavə avadanlıqlar, və elektrik naqilləri sistemi daxil olmaqla, elektron avadanlıqlar və proqram təminatı üzrə vəzifələri icra etmək;
  • Xüsusi IT layihələri üçün biznesin və texniki tələblərin inkişaf etdirilməsinə rəhbərlik etmək;
  • Funksional bölmələrdən təmin edilən məlumatlar əsasında “FINCA Azerbaijan” daxilində icra edilən bütün IT layihələrinin icrasının monitorinqini yerinə yetirmək;
  • İnfrastruktur heyətini, nasazlıqların aradan qaldırılması işini və xidmətin keyfiyyətinin təmin edilməsini təmin etmək;
  • İnfrastruktur, proqramlar məsələləri ilə bağlı yaranmış nasazlıqları aradan qaldırmaq, IT infrastrukturuna dair təhlillər yerinə yetirmək;
  • Proqram təminatına dair lisenziyalaşdırma qanunlarına uyğunluğu təmin etmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

 

  • İnformatika və ya Mühəndislik sahəsində Maqistr və ya Bakalavr dərəcəsi;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
  • Microsoft və Cisco texnologiyaları sahəsində yüksək bilik;
  • MS server məhsullarına dair yüksək bilik;
  • Microsoft və ya Cisco bilikləri üzrə sertifikat arzuolunandır;
  • Serverlər, yaddaşlar və şəbəkələr daxil olmaqla IT avadanlıqları infrastrukturuna dair yüksək bilik;
  • Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi olaraq səlis bilmək tələb edilir;
  • Serverlər, yaddaşlar, səbəkələşmə kimi IT infrastrukturuna dair bilik üstünlük hesab edilir;
  • ITIL biliyi üstünklük hesab edilir;

 

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№090/16) qeyd etməklə 15 Noyabr 2016-ci il tarixinədək göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

 

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.finca.az web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər