5 C
Baku
Saturday, December 14, 2024

İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin rəhbəri – PAŞA Sığorta ASC

“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Departamentin hədəflərini şirkətin hədəf, strategiya və prioritetlərinə uyğun olaraq, əməkdaşların fərdi  hədəflərini isə departamentin hədəflərinə uyğun olaraq müəyyən etmək və həyata keçirilməsini təşkil etmək;

• Şirkətin İT fəaliyyətini həyata keçirmək məqsədi ilə departamentin büdcəsini, departamentin və  şirkətin strategiya, prioritet və hədəflərinə əsasən planlaşdırmaq;

• Şirkət siyasətinə və prioritetlərinə uyğun olaraq departament əməkdaşların perfomanslarını müəyyən etmək, həmçinin onların inkişaf sahələrini müəyyən edərək inkişaf fəaliyyətlərini planlaşdırmaq;

• Şirkətin strategiyasına, departamentin hədəflərinə və əməkdaşların fərdi hədəf və bacarıqlarına uyğun olaraq departament daxilində struktur dəyişiklikləri təklif etmək və iş yükünün bölüşdürülməsini təmin etmək;

• Departament fəaliyyətini şirkətdə mövcud olan daxili prosedurlara və məxfilik siyasətinə uyğun olaraq həyata keçirmək;

• Digər departament və şöbələrlə koordinasiyanın saxlanılması və şirkət rəhbərliyi və departament işçiləri arasında münasibətlərin uzlaşdırılması;

• Departament üzrə müvafiq prosedurların və siyasətlərin hazırlanmasını təşkil etmək;

• Layihə sənədlərinin hazırlanmasını təşkil etmək və  informasiya sistemlərinin istismarını qiymətləndirmək;

• Kontrol mexanizmlərini yaratmaq;

• İT infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək və nöqsanlar aşkarlandıqda, operativ tədbirlər görmək;

• Şirkətin İT infrastrukturun vəziyyətinin periodik analizini aparmaq;

• İT infrastrukturun mükəmməlləşdirilməsi üçün hesabatlar və təkliflər hazırlamaq, tələb olunduğu hallarda mövcud infrastrukturu təkmilləşdirmək;

• Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa müdir tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası.

Bilik və bacarıqlar:

• Ali texniki təhsil;
• İnformasiya texnologiyası emal sistemlərinin, anlayışların və metodlarının geniş biliyi;
• Kompüter avadanlıqları və proqram sistemləri;
• Kompüter şəbəkələri;
• Şəbəkənin quraşdırılması və idarə edilməsi;
• Dil bilikləri: Azərbaycan və rus dillərini səlis bilmək, ingilis dilinin əsas bilikləri.

• İT sahəsində 5 il iş təcrübəsi.
• İdarəetmə bacarığı, təşəbbüskarlıq, dəqiqlik, stressə davamlılıq;

Son müraciət tarixi: 10 fevral, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər