Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
ING 2023-cü ilin dördüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 3,4%-dən 2,0%-ə endirib.
Ümumilikdə isə korporasiya 2023-cü il üzrə yekun iqtisadi artım proqnozunu 1,9%-dən 1,2%-ə kimi endirib. ING qarşıdakı iki il üzrə proqnozunu isə dəyişməyib. Yəni, Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnoz 2,5%, 2025-ci ildə isə 2,7% müəyyən edilib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırıb.