28 C
Baku
Saturday, July 27, 2024

İngiltərə “Brexit” dən sonra yeni ticarət tariflərini tətbiq edəcək

Hersoqluğun kansleri Maykl Qouv sahibkarlara xəbərdarlıq etdi: Böyük Britaniya ilə Avropa arasında olan ticarət münasibətlərdə “əhəmiyyətli dəyişikliklər” olacaq.

Banker.az xəbər verir ki, bu haqda “The Guardian” məlumat verib.

“Siz müəyyən dəyişikləri və onlardan irəli gələn çətinlikləri qəbul etməli olacaqsınız. Düzdür, biz riskləri minimuma endirməyə çalışırıq, lakin bəzi şeylər qaçırılmazdır”, – deyə Qouv nazirlər kabineti səviyyəsində keçirilən tədbirdə söyləyib.

Xatırladaq ki, Maykl Qouv de-fakto olaraq nazir müavini vəzifəsini icra edir. Onun sözlərinə görə, biznes növbəti ilin yanvar ayında baş tutacaq dəyişiklərə hazır olmalıdır.

Maykl Qouv əlavə olaraq bildirir ki, ərzaq və ya heyvan mənşəli məhsulların ticarəti ilə məşğul olanları çoxsaylı yoxlamalar gözləyir.

“Mal ixrac edən hər bir kəs gömrük deklarasiyalarını doldurmalı olacaq”, – Qouv əlavə edir.

Qeyd edək ki, “Brexit” prosesi 2020-ci ilin dekabrın 31-də başa çatmalıdır.

Son xəbərlər
Digər xəbərlər