24 C
Baku
Friday, April 26, 2024

İngiltərə bankı anonim olaraq işçilərini izləyib

“Barclays” bankın rəhbərliyi, əməkdaşların iş yerində nə qədər müddət olmadıqlarını və müəyyən işləri başa çatdırmaq üçün nə qədər vaxt sərf etdiklərini öyrənməyə imkan verən proqram təminatından istifadə edib. İşçilər bu barədə təsadüfən xəbərdar olduqdan sonra bank izləmədən imtina etdiyini bildirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, bank “Sapience Analytics” şirkəti tərəfindən hazırlanmış proqram təminatından istifadə edib. Bununla yanaşı bildirilir ki, əvvəlcə ümumi məlumatlar təhlil edilirdi, sonra rəhbərlik konkret işçilər haqqında məlumat toplamaq imkanını əldə etdi.

Hal-hazırda bu məsələ İngiltərə İnformasiya Komissarlığı İdarəsi tərəfindən araşdırılır. Hüquq-mühafizə orqanları hesab edir ki, təşkilatlar bu nəzarətin mahiyyəti, əhatə dairəsi və səbəbləri barədə məlumat verməlidirlər və heç bir halda işçiləri anonim olaraq izləməməlidirlər.

İşçiləri izləmək proqramı uzun müddətdir fəal istifadə olunur. Məsələn, bu proqram işçilərin masaüstünün ekran görüntülərini götürməyə və ya göndərilən (alınan) məktubların miqdarını izləməyə imkan verir. “Bloomberg” qeyd edir ki, bəzi şirkətlərin izləmə sistemlərinə olan marağı etibarsızlıqdan irəli gəlir. “Teramind” şirkətinin sözçüsü bu barədə söyləyir: “Əgər insanları işə götürürsünüzsə, onlara etibar etməlisiniz. Əgər bunu etməsəniz, onlar özlərini şirkətin bir hissəsi olaraq hiss etməyəcəklər”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər