16 C
Baku
Saturday, April 20, 2024

İngiltərə Bankı faiz dərəcəsini dəyişdirməyib

Böyük Britaniyanın mərkəzi bankı statusuna malik İngiltərə Bankı bu ay keçirdiyi iclasında faiz dərəcəsini 0,75 faiz səviyyəsində saxlayıb.

İngiltərə Bankı həmçinin bazardan 435 milyard funt məbləğindəki aktivlərini satın aldıqlarını təsdiqləyib.

Həmçinin “Brexit”in şərtlərilə bağlı artan qeyri-müəyyənlik üzündən yaxın illərdə ölkə iqtisadiyyatının müxtəlif yollarla inkişaf edə biləcəyi, bunun daha çox “Brexit”in məcmu tələbat və təklifə, valyutaların məzənnəsinə təsirilə müəyyənləşəcəyi bildirilir.

Sazişsiz “Brexit”dən sonra siyasi proseslər nəticəsində Böyük Britaniya ilə Avropa İttifqaı arasındakı ticarət əlaqələrində qeyri-müəyyənliyin artacağı, nəticədə tələbatın proqnozlara nisbətən daha ləng artacağı və təklifdə “ifrat bolluğ”un əmələ gələcəyi güman edilir. Bununla belə İngiltərə Bankı “yumşaq Brexit” variantının baş tutacağı və dünya iqtisadiyyatında artımın əvvəlki səviyyəyə qayıtması əlamətlərinin görüləcəyi halında faiz dərəcəsini bir qədər artıracaqlarını istisna etməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər