İngiltərə Bankı (Mərkəzi Bank) uçot faiz dərəcəsini gözlənildiyi kimi 4.25%-dən 4.50%-ə qaldırıb.
Banker.az xəbər verir ki, bu da 2008-ci ilin oktyabrından bu tərəfə ən sərt pul-kredit siyasətidir.
İngiltərə Mərkəzi Bankı 2021-ci ilin aprelindən başlayıb. Həmin zaman uçot faiz dərəcəsi sıfıra yaxın – 0.10% təşkil edirdi. Son iki ildə ölkədəki inflyasiyanı cilovlamaq üçün faizləri 440 baza bəndi, yaxud 4.4 faiz bəndi artırıb.
BoE-nin inflyasiya hədəfi 2% olduğu halda, ölkədə istehlak qiymətləri indeksi 10.1% yüksəlib və bu hədəfdən xeyli aralıdadır. Avropanın əsas mərkəzi banklarından biri sayılan İngiltərə Bankının iclasında hansı siqnallar veriləcəyi investorların marağındadır.