-3 C
Baku
Sunday, December 15, 2024

İngiltərə bankının rəhbəri: “Hələ faiz dərəcələrini artırmaq zamanı gəlməyib”

Banker.az xəbər verir ki, İngiltərə bankının rəhbəri Mark Karni belə hesab edir ki, ölkədə son aylarda inflyasiyanın qəfil olaraq artmasına baxmayaraq, faiz dərəcələrini hələ artırmaq zamanının gəlmədiyini hesab edir.

“Mənim nöqteyi-nəzərimcə istehlakçı xərclərini və biznesdə yatırımları, həmçinin yüksək olmayan daxili inflyasiya təsirlərini, ümumilikdə əmək haqqının zəif artımını nəzərə alaraq indid üzəlişlər etməyə başlamaq zamanı deyil” – deyə Karni deyib.

Onun sözlərinə görə, İngiltərə bankı yaxın aylarda istehlakın zəif artımının digər tələbat komponentləri ilə necə kompensasiya ediləcəyini, iqtisadiyyatın maliyyə şərtlərinin sərtləşdirilməsi perspektivlərinə necə reaksiya verəcəyini və Brexit ilə bağlı danışıqların reallığını müşahidə edəcək.

Bununla yanaşı, Karni qeyd edib ki, məhz Brexit ilə bağlı danışıqların istehlakçı əhval-ruhiyyəsinə və iqtisadiyyata təsiri faiz dərəcələrinin cari səviyyədə saxlanılmasına səbəbdir.

Son xəbərlər
Digər xəbərlər