5 C
Baku
Saturday, December 14, 2024

İngiltərə, Fransa və Almaniya İranı nüvə sazişinin şərlərini pozmaqda ittiham ediblər

İngiltərə, Fransa və Almaniya çərşənbə axşamı günü rəsmi olaraq İranı 2015-ci il nüvə sazişinin şərtlərini pozmaqda ittiham ediblər.

Banker.az xəbər verir ki, eyni zamanda, onlar hələ də Tehranla nüvə sazişinin uğurlu olmasını istədiklərini  və ABŞ prezidenti Donald Tramp administrasiyasının apardığı “maksimum təzyiq” kampaniyasına qoşulmaqdan imtina etdiklərini bildirirlər.

Xatırladaq ki, 2019-cu ilin mayın 8-də İranın prezidenti Həsən Ruhani nüvə proqramını bərpa etdiyini bildirmişdir. Bunun əsas səbəbi ABŞ-ın 2018-ci ildə nüvə sazişindən çıxması və İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsi olub.

Qeyd edildiyi kimi, İran nüvə sazişi şərtlərinin bir çoxunu pozur. Belə ki, yanvarın əvvəlində İran 2015-ci il nüvə sazişinin təyin etdiyi məhdudiyyətlərdən imtina edəcəyini bildirmişdir. İngiltərə, Fransa və Almaniya buna sərt reaksiya veriblər.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirir ki, İran nüvə sazişinin qüvvədə qalması üçün göstərilən “xoşməramlı aktları və konstruktiv səyləri” dəstəkləsə də, “istənilən distruktiv tədbirlərə sərt reaksiya verəcək”.

Son xəbərlər
Digər xəbərlər