9 C
Baku
Friday, December 13, 2024

İngiltərə hökuməti son onillikdəki ən böyük vergi artımını planlaşdırır

İngiltərənin Maliyyə Nazirliyi yeni koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən karantinə görə, büdcə itkisini qarşılamaq üçün ən böyük vergi artımını planlaşdırır. Banker.az xəbər verir ki, nazirliyin rəhbəri Rishi Sunak hər il 25 milyard funt sterlinq (33,3 milyard dollar) cəlb etmək niyyətindədir.

Hökumət mənbələrinin bildirdiyi kimi, vəzifəli şəxslər aktivlərin satışı üçün baza vergi dərəcəsini 10%-dən 20%-ə, ikinci mənzilin və ya evin satış vergisini 18%-dən 20%-ə qaldırmağın mümkünlüyü müzakirə edirlər. Gəliri daha yüksək olan vətəndaşlar üçün vergi 40%-ə qaldırıla bilər (müvafiq olaraq 28% və 20%-dək). Nəzərdən keçirilən təkliflər arasında pensiya müavinətlərinin həcminin azaldılması, elektron satış vergisinin tətbiqi və s. var.

“The Sunday Times” qəzeti xatırladır ki, İngiltərənin Maliyyə Nazirliyini şirkətlərin mənfəət vergisini 19%-dən 24%-ə qaldıraraq, əlavə olaraq 12 milyard funt sterlinq (16  milyard dollar) cəlb edəcək. Hər iki nəşr yazır ki, bu cür planlar pandemiya zamanı ciddi itkilərə məruz qalan biznesin güclü müqavimət göstərməsinə səbəb olur, bir çox şirkətin sağ qalması məsələsini isə sual altına salır.

Son xəbərlər
Digər xəbərlər