7 C
Baku
Thursday, December 12, 2024

İngiltərə yaxın 10 ildə benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan edəcək

Böyük Britaniya hakimiyyəti benzin və dizel yanacaqla işləyən avtomobillərin satışını yaxın 10 ildə tamamilə qadağan etməyi planlaşdırır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl bu müddət 15-20 il olub.

Ölkənin baş naziri Boris Conson 2030-cu ildən etibarən benzin və dizel mühərrikli avtomobillərin satışını dayandıracağını bildirib. Bu barədə “The Guardian” məlumat verib. Səlahiyyətlilər bu qərarın elektrikli nəqliyyat vasitələrinin istehsalının inkişafına kömək edəcəyini düşünürlər. Bundan əlavə, benzin və dizel mühərrikli nəqliyyat vasitələrini qadağan etməklə İngiltərə iqlim hədəflərinə çatacaq. Bunlardan biri də istixana qazı tullantılarını sıfıra endirməkdir.

Qeyd edək ki, İngiltərə elektrikli nəqliyyat vasitələrinə tələbat il ərzində iki dəfədən çox artmışdır, lakin bununla belə onların bazardakı payı cəmi 7% təşkil edir. Bu, avtomobil istehsalçılarının təqdim etdiyi statistikadır.

2020-ci ilin sentyabr ayında Avropada satılan elektrikli nəqliyyat vasitələrinin sayı dizel avtomobillərdən çox olub. Bildiyimiz kimi, hal-hazırda ən populyar modellərdən biri Tesla Model 3-dür. Belə ki, sentyabr ayında avropalılar 15 mindən çox Model 3 avtomobilini alıblar. İkinci yerdə Renault ZOE (11 min), üçüncü yerdə isə Volkswagen (8 min) dayanır.

Son xəbərlər
Digər xəbərlər