İngiltərənin Qərbi Sasseks qraflığının sakinləri “EuroMillions” lotereyasının qalibi olublar.
“BBC” xəbər verir ki, 42 yaşlı Stiv Tompson və onun 41 yaşlı həyat yoldaşı Lenka 105,1 milyon funt sterlinqin (135 milyon dollar) sahibi olublar.
Böyük məbləğ əldə etsələr də, onlar işlərindən çıxmaq istəmədiklərin bildiriblər.
Stiv Tompson bu sevincli xəbəri eşidəndə az qala infarkt keçirəcəyini etiraf edib.