1 C
Baku
Saturday, December 14, 2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ötən ili daha ₼4.6 mln. üzərində xalis zərər edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (publik hüquqi şəxs) ötən ili də zərərlə bitirib və özü də öncəki ildən 9% daha çox.

Banker.az xəbər verir ki, bu barədə 2022-ci il audit edilmiş maliyyə hesabatında qeyd edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan agentlik 2022-ci ildə cəmi gəlirlərini illik müqayisədə 25%-dən çox artırmaqla 118 min manata çatdırıb.

Bununla belə, dövlət agentliyinin inzibati xərcləri daha 15% artaraq 3mln. 777 min manata yüksəlib.

Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra 4 mln. 625 min manat zərər edib. 2021-ci il üzrə zərəri 4 mln. 163 min manat idi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.

mz a1 1

Son xəbərlər
Digər xəbərlər