8 C
Baku
Tuesday, March 19, 2024

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiq edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiq olunub. Agentliyin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsini həyata keçirməli və agentliyin vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Agentlik innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsi, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) ilə maliyyələşdirilməsi, innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən, nəzarəti və tənzimlənməni həyata keçirən publik hüquqi şəxsdir. Bakıda yerləşən agentliyin fəaliyyətinin məqsədi biliyə və innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq, innovasiya mühitini yaxşılaşdırmaq, innovasiya potensialından səmərəli istifadə etmək, innovasiya fəaliyyətinin tənzimlənməsi sistemini təkmilləşdirmək, müvafiq institusional dəstək mexanizmlərini formalaşdırmaq, innovativ elmi tədqiqatların və layihələrin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması əsasında dayanıqlı inkişafı təmin etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və müvafiq sahədə fəaliyyət göstərməkdir.

İnnovasiyalar Agentliyinin fəaliyyəti isə bu sahənin inkişafını təmin edərək dövlət siyasətinin formalaşmasında iştirak etmək, müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərmək və onların transferini təşkil etmək, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək, yeni təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirakçı olmaq, innovasiyayönümlü elmi tədqiqatları, innovativ ideya və layihələri dəstəkləmək, innovasiya fəaliyyətini, innovativ layihələri (o cümlədən startapları), innovasiya təşəbbüskarlığını təşviq etmək, “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq, Azərbaycanda innovativ sahibkarlığın və yüksək texnologiyaların inkişafı üçün yerli və xarici müəssisələr, dövlət, qeyri-hökumət təşkilatları və özəl təşkilatlar ilə əməkdaşlıq qurmaq, dövlət-özəl tərəfdaşlıq layihələrini təşkil etmək və həyata keçirməkdir.

Son xəbərlər
Digər xəbərlər