10 C
Baku
Thursday, December 12, 2024

İnsan Resursları departamenti-nin İşə qəbul şöbəsinin rəisi – Rabitabank ASC

Vəzifə: İnsan Resursları departamenti-nin  İşə qəbul şöbəsinin rəisi

Əsas vəzifələr:

• İşçi ehtiyaclarını müəyyən etmək;
• Vakant vəzifələr üzrə namizədlərin tapılmasını təmin etmək;
• Seçilmiş namizədlər ilə müsahibələri təşkil etmək və aparmaq;
• Yeni işçilərin adaptasiya prosesinin koordinasiyasını həyata keçirmək;
• İşə qəbul zamanı istifadə edilən testlərin yaradılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;
• Namizədlərin rezerv bazasının formalaşdırılmasını təmin etmək;
• Namizədlərin banka cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, ali təhsil müəssisələri ilə işləmək və s.);

Namizədlər üzrə irəli sürülən tələblər:

• Ali təhsil (İRİE və ya psixologiya sahəsi üzrə arzuolunandır);
• İşə qəbul sahəsində minimum 3 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
• Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
• MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Bank sahəsində geniş işgüzar əlaqələrin olması;

Davranış səriştələri:

• Rəhbərlik və idarəetmə bacarığı;
• Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
• Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
• Yaradıcı və təşəbbüskar olmalı;
• Komandada işləmək bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xüsusiyyətlərə malik olmalı.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E – mail :  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər