9 C
Baku
Friday, December 13, 2024

İnsan Resursları Departamentinin Karyera planlama və personalla əlaqələr şöbəsində kadrlar üzrə mütəxəssis – SOCAR

SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin Karyera planlama və personalla əlaqələr şöbəsində kadrlar üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.

Tələblər:
– Sahə üzrə 2 il iş təcrübəsi;
– Sahə üzrə ali təhsil;

Əmək haqqı və digər imtiyazlar:
– Əmək haqqı – 1407 AZN (vergi və digər ödənişlər daxil olmaqla);
– Tibbi sığorta təminatı;
– İş yerinə çatdırılma təminatı;
– Nahar iş yeri tərəfindən təmin olunur.

Vəzifə funksiyaları:
• Karyeranın İdarə Edilməsi Sistemi (KİES) və Xidməti Fəaliyyətin Qiymətləndirilməsi (XFQ) ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi;
• Komanda və fərdi hədəflərin qoyulması proseslərinin təşkilinin və icrasının təmin edilməsi;
• Əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və
qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;
• Səriştəlilik əsaslı qiymətləndirmə proseslərinin həyata keçirilməsi;
• Yüksək əhəmiyyətli və çox yüksək əhəmiyyətli vəzifələrin müəyyən edilməsi;
• Davamçıların planlaşdırılması ilə bağlı işlərin həyata keçirilməsi;
• Fərdi İnkişaf Planlarının formalaşdırılması üzrə işlərin həyata
keçirilməsi.

Daha ətraflı məlumat və müraciət üçün https://careers.socar.az saytına daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər