3 C
Baku
Saturday, December 14, 2024

İnsan resursları meneceri- “Finca Azerbaijan “ Qeyri-Bank Kredit Təşkilatı

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün İNSAN RESURSLARI MENECERİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Məqsəd:

İnsan Resursları Meneceri (İRM) İnsan Resursları Departamentinə rəhbərlik edir və işçilərin işə qəbulu və seçilməsi, təlim və inkişafı, fəaliyyət idarəciliyi, münaqişələrin həlli və kompensasiya/mükafatlandırma idarəciliyi daxil olmaqla bütün insan resursları sistemləri və proseduralarına nəzarət, İR siyasət və proseduralarının hazırlanması və həyata keçirilməsi üçün məsuldur. İdarəetmə komandası ilə birgə işləyərək, təşkilatın uzunmüddətli məqsədlərinə nail olmasını təmin etmək üçün, İRM doğru zamanda, düzgün insan resurslarının yerində olmasını və onların maksimum səmərəlilik və həvəslə fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə strategiyalar və sistemlər hazırlayacaq və həyata keçirəcəkdir. İRM müntəzəm keçirilən idarəetmə yığıncaqlarında fəal iştirak edir və təşkilatın yüksək menecerlərindən biridir.

Tələblər:

• İnsan Resursları, Biznesin İdarəetdilməsi və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili;
• İnsan Resurslarının İdarəedilməsində ən azı 5 il təcrübə, beynəlxalq təşkilatlarda və ya maliyyə sektorunda iş təcrübəsinə üstünlük verilir;
• Yerli qanunvericilik üzrə güclü bilik və iş təcrübəsi;
• Təlim proseslərinin və fəaliyyətinin idaredilməsi, təlim keçirmə bacarığına üstünlük verilir;
• Mükafatlandırma prosesinin  idarəedilməsi;
• Təşkilat daxili siyasət və prosedurların inkişaf etdirilməsi;
• Azərbaycan və İngilis dilləri üzrə əla biliklər;
• Yüksək kompüter bilikləri (MS Office Word daxil olmaqla, Excel, Power point və Outlook);
• Vaxtının 10% – ni ölkə daxili və xarici səfərlər etməyə hazır olmalı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, 06 Mart 2019-cu il tarixindən gec olmamaq şərtilə bura https://lnkd.in/enEqXVH daxil olub iş üçün müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər