21 C
Baku
Friday, April 26, 2024

İnsana neçə istirahət günü lazımdır?

Böyük Britaniyadan olan alimlər insanın istirahətə nə qədər zaman ayırmalı olduğunu müəyyən etməyə çalışmışlar. Belə aydın olur ki, standart iş həftəsi qısaldılmalıdır.

Böyük Britaniyalı professor Con Eşton qalmaqallı açıqlama vermişdir. Onun bildirdiyinə görə, həftə sonu istirahət üçün ayrılmış 2 gün insana bütünlüklə dincəlmək imkanı vermir. Alim işəgötürənlərdən həftənin 4 gününü istirahət günü etməyi təklif edir. Belə iş qrafiki şirkət əməkdaşlarının stress səviyyəsini endirməyə kömək edəcək.

Professorun fikrincə, 5 günlük iş həftəsi insana övladları və yaxınları ilə kifayət qədər vaxt keçirmək imkanı yaratmır. Bundan əlavə, iki istirahət günündə insanlar dincələ bilmir və iş həftəsi boyu qazandıqları stressdən qurtula bilmirlər.

Zaman azlığı depressiyanın inkişafına və digər psixi pozğunluğa səbəb olur. İnsanlar iş səbəbindən idmandan, hobbidən, treninqlərdən, ünsiyyətdən və təmiz havada çox zaman keçirməkdən məhrum olurlar.

Araşdırmalar belə sübut etmişdir ki, 3 günlük istirahət ailə münasibətlərini yaxşılaşdırmaq, sağlamlığın qeydinə qalmaq və xəstəliklərin inkişafı riskini azaltmağa kömək edir.

Bir çox müasir sosioloji araşdırmalar sübut edir ki, insanın gün ərzində işlədiyi müddət 6,5 saatı keçmədikdə o daha məhsuldar işləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər