1 C
Baku
Saturday, December 14, 2024

İnsanın edə bilmədiyini heyvan etdi

Meymunlar müstəsna olaraq ağıllı heyvanlar hesab edilirlər. Bu kiçik əyləncəli çarxa baxdıqdan sonra Darvin nəzəriyyəsi barədə bir daha düşünməyə dəyər. Çarxda təsvir edilən mənzərəyə əsasən, meymun böyük bir tapşırığın öhdəsindən gəlir.

Burada maraqlı bir eksperiment nümayiş etdirilir. Müxtəlif yaş qruplarına daxil və təhsil səviyyəsinə malik olan insanlara hündür və dar kolbadan fındıqları çıxartmaq tapşırığı verilir. Tapmacanın açarı lap yaxında olsa da, heç kim ona diqqət yetirmir. Nəticədə insanlardan heç biri sadə tapşırığın öhdəsindən gələ bilmir. Bunun qarşılığında isə meymun həmin tapşırığı cəmi 5 saniyə ərzində yerinə yetirir.

https://www.youtube.com/watch?v=Hkq343NS3nM

Son xəbərlər
Digər xəbərlər