14 C
Baku
Thursday, March 28, 2024

Instagram “Direct” mobil proqramını bağlayacaq

“Instagram” komandası yaxın həftələr ərzində mesajlaşmaq üçün “Direct” mobil proqramının dəstəyini dayandırmaq niyyətindədir. Bu mobil proqramla bağlı bütün işləmələr əsas proqrama daşınacaq.

Biz “Direct” mobil proqramı üzərində sınaqları dayandırdıq və “Instagram Direct”i dostlarla ünsiyyət üçün ən yaxşı yer etməyə davam edəcəyik, – sosial şəbəkənin nümayəndəsi “TechCrunch” nəşrinə deyib.

O, sözügedən proqramın bağlanması haqda məlumat verməyib.

Xatırladaq ki, “Direct” mobil proqramı 2017-ci ilin dekabrında istifadəyə verilib.

©İctnews

Son xəbərlər
Digər xəbərlər