13 C
Baku
Friday, May 17, 2024

“Instagram” öz platformasında NFT ticarətinə başlayacaq

“Instagram” öz platformasına NFT ticarətinə başlamağa hazırlaşır. Bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri bildirir.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, token ticarəti “Meta” şirkətinin metakainatın inkişaf strategiyasının bir hissəsidir.

“Hələ elan ediləcək heç nə yoxdur, lakin biz NFT və onun geniş auditoriya üçün əlçatan olmasının mümkünlüyünü fəal şəkildə araşdırırıq”, – deyə Adam Mosseri əlavə edib.

O ümid edir ki, NFT ticarəti bloggerlərin monetizasiyası üçün yeni alətə çevriləcək.

Qeyd edək ki, NFT-yə maraq 2021-ci ildə artmağa başlayıb – ümumi satışlar 12 milyard dollara çatıb. İyul ayında “Facebook” adının “Meta” olaraq dəyişdiyini və bütün diqqətini metaserverinin inkişafına yönəldəcəyini açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər