19 C
Baku
Thursday, April 25, 2024

“İntegral”ın üç mağazası bağlanıb

Azərbaycanın telekommunikasiya məhsullarının satış bazarının liderlərindən sayılan “İntegral” şirkətinin Bakı şəhərində üç mağazası bağlanıb.

“Report”un əldə etdiyi məlumata görə, maliyyə böhranı başlanandan şirkətin ticarət dövriyyəsi kəskin zəifləyib. Nəticədə, bu günlərdə “İntegral”ın “Memar Əcəmi”, Nizami və Nəsimi rayonlarında yerləşən mağazaları fəaliyyətini dayandırmalı olub. Mağazaların işçiləri isə ixtisar olunublar.

Qeyd edək ki, şirkət mobil qurğular və rabitə xidmətlərinin topdan və pərakəndə satışını həyata keçirir. Fəaliyyətə başlayarkən şirkət Bakı, Gəncə, Sumqayıt şəhərləri və respublikanın təxminən 50 regionunu əhatə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər