10 C
Baku
Thursday, December 12, 2024

“Intel” 5G-modemlərini tərtib etməkdən imtina edib

“Intel” şirkəti smartfonlar üçün 5G-modemlərini tərtib etməkdən imtina edib.

Bu barədə şirkət özü bildirib.

“Intel” 5G şəbəkələri üçün infrastrukturun tərtibatına investisiya ayırmağa davam edəcək. Şirkət 4G-modemlərinə olan sifarişləri qəbul etməyə hazırdır, lakin smartfonlar üçün 5G-modemlərini buraxmağı planlaşdırmır.

Həmçinin “Intel” kompüter və cihazlar üçün 4G- və 5G-modemlərinin buraxılış perspektivlərini dəyərləndirməyə davam edəcək.

Qeyd edək ki, aprelin 16-sı “Qualcomm” və “Apple” 2017-ci ildən bəri aralarında davam edən bütün məhkəmə işlərini dayandırmağa qərar verdilər. Yeni altı illik sövdələşməyə əsasən, “Qualcomm” “Apple” cihazları üçün çiplər təchiz edəcək.

“Reuters”-in məlumatına görə, bu, “Apple”-a 5G texnologiyalı smartfonların hazırlanması üçün “Qualcomm” texnologiyasından yararlanmağa imkan yaradacaq.

©İnsider.az

.

Son xəbərlər
Digər xəbərlər