14 C
Baku
Wednesday, May 15, 2024

“Intel” mikrosxem sahəsində “Brookfield” ilə 30 mlrd. dollarlıq müqavilə imzaladı

Dünən, avqustun 23-ü Amerikanın “Intel” şirkəti və Kanadanın “Brookfield” investisiya fondu Arizonadakı “Intel” zavodunda çip istehsalının genişləndirilməsi üçün birgə 30 milyard dollar sərmayə yatırmaq barədə saziş imzalayıblar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd edildiyi kimi, müqavilə ABŞ-da 2022-ci ildə qəbul edilmiş müvafiq qanunla nəzərdə tutulan yarımkeçirici sənayesinin inkişafının birgə maliyyələşdirilməsinin yeni sxemi çərçivəsində imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, “Intel” ümumi investisiyanın 51%-ni, Kanadanın “Brookfield” investisiya fondu isə 49%-ni təmin edir. 9% “Bu əlamətdar saziş bizim ağıllı investisiya strategiyamızda irəliyə doğru atılmış mühüm addımdır və son CHIPS Aktının istiqamətinə uyğundur”, – “Intel”in maliyyə direktoru David Zinsner söyləyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər