-1 C
Baku
Sunday, December 15, 2024

“Intel”in prosessorlarında şəxsi məlumatları ələ keçirməyə imkan verən texnologiya aşkar edilib

Positive Technologies” şirkətinin ekspertləri “Intel” istehsalı olan prosessorlarda məlumatları yaddaşdan oxumağa və periferiya qurğularının siqnallarını ələ keçirməyə imkan verən sənədləşdirilməmiş texnologiya aşkar ediblər.
 
Sözügedən texnologiya “Intel VISA” adlanır. Bu, tam məntiqi siqnal  analizatorudur. Texnologiya kommersiya sistemlərində başlanğıc ayar kimi deaktiv edilib, ekspertlər onu aktivləşdirmək üçün bir neçə üsul aşkar ediblər.
 
“Intel VISA” texnologiyasına qoşulmaq üçün xüsusi avadanlıq tələb olunmur. Tədqiqatçılar belə hesab edirlər ki, bu texnologiya “Intel” çiplərinin istehsalı vaxtı nazaslığın mövcud olub-olmamasını yoxlamaq üçün istifadə olunur, ancaq hakerlər tərəfindən kritik əhəmiyyətli məlumatlara giriş üçün də istifadə edilə bilər.

©ICTnews

Son xəbərlər
Digər xəbərlər