Azərbaycanda “İnternational” QSC bank olmayan kredit təşkilatının (BOKT) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər bunu deyir.
Məlumata əsasən, “İnternational” QSC BOKT-un vergi borcu 22 081 manat təşkil edir.
Qeyd edək ki, bu borclar barədə son məlumat 13 aprel 2021-ci il tarixinə qədər olandır.
Bildirək ki, “İnternational” BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 3 000 000 manatdır və qanuni təmsilçisi Nicat Həsənovdur.
Qeyd: Banker.azın aldığı məlumata görə, təşkilat artıq borcu bağlamışdır və hazırda vergi borcu yoxdur.